Fransanın paytaxtı Parisdə qaz partlayışı nəticəsində bina qismən dağılıb.
"Operativ Media" xəbər verir ki, Fransanın daxili işlər naziri Gerald Darmanin verdiyi açıqlamada, Jardin Du Luxembourg və Sorbonna Universitetinin yaxınlığındakı Rue Saint-Jacques küçəsində yanğının baş verdiyini bildirib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.
Polis əhaliyə ərazidən uzaq durmaq barədə xəbərdarlıq edib.
Val-de-Qreys hərbi xəstəxanası partlayışın baş verdiyi ərazidə yerləşdiyi halda, partlayış nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.