Parisdə partlayış nəticəsində bina çöküb, 40 yaxın yaralı var
Parisdə binada partlayışla müşahidə olunan yanğın baş verib.
"Operativ Media" xəbər verir ki, hadisə Paris Amerika Akademiyasının binasında qeydə alınıb. Partlayışın gücündən binalardan biri uçub. Bir çox qonşu evlərin pəncərələri sınıb, yaxınlıqdakı iki evin sakinləri təxliyə edilib. Partlayış nəticəsində azı 37 nəfərin yaralandığı, onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilib. Xilasedicilər itkin düşən 2 nəfərin dağıntılar altında qalaraq öldüyünü güman edir. Yanğının söndürülməsinə təxminən 270 yanğınsöndürən cəlb olunub. Hüquq-mühafizə orqanları vətəndaşları hadisə yerindən uzaq durmağa çağırır.
Teqlər:
"Parisdə partlayış nəticəsində bina çöküb 40 yaxın yaralı var"