Menyu

"Qalatasaray" məhsuldar sol cinah müdafiəçisi ilə maraqlanır

Əziz Əzizli
"Qalatasaray" məhsuldar sol cinah müdafiəçisi ilə maraqlanır

Çempion olaraq tamamladığı mövsümdə sol cinah bölgəsində ən çox çətinlik çəkən "Qalatasaray" yeni mövsüm öncəsi söz mövzusu mövqeyini möhkəmləndirmək üçün əlavə vaxt sərf edir.

Bu axtarışda “Qalatasaray”ın gündəminə gələn adlardan biri də Nuno Tavareş olub.

"Operativ Media" "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, "Qalatasaray" Nuno Tavareşi razı salmağa başlayıb.

Uğurlu sol cinah müdafiəçisini razı salmaqda həmyerlisi Serxio Oliveyranın da kömək etdiyi bildirilir.

Yaratdığı qol epizodları ilə diqqət çəkən Nuno Tavareş bu mövsüm Liqa 1-də 31 oyunda 6 qol vurub.

Mövsümü icarə əsasında "Marsel"də keçirən və "Arsenal"a transfer olunan Nuno Tavaresin ingilis komandası ilə 2025-ci ilə qədər müqaviləsi var.

Mikel Artetanın yeni mövsüm planları arasında olmayan Nuno Tavareşdən müsbət rəy alarsa, "Qalatasaray" "Arsenal" ilə masa arxasına oturacaq.

Teqlər:

"\"Qalatasaray\" məhsuldar sol cinah müdafiəçisi ilə maraqlanır"

Əlaqəli Xəbərlər