http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Qurbanlıq heyvanları kəsəndə nələrə diqqət etmək lazımdır?

22 İyun 2023 , 15:09
1274
Qurbanlıq heyvanları kəsəndə nələrə diqqət etmək lazımdır?

Qurban bayramının başlamasına sayılı günlər qalıb. Hər il bayram ərəfəsində bir sıra suallar yaranır. Bəzi vətəndaşlar qurban bayramının mahiyyətini və qaydalarını pozurlar. 

“Operativ Media” ilahiyyatçı Ağa Hacıbəyli ilə qurban kəsərkən nələrə diqqət edilməli sualına aydınlıq gətirməyə çalışıb.

İlahiyyatçının sözlərinə görə, 5 növ heyvandan qurbanlar seçilə bilər.
“Ölkəmizdə daha çox qoyun, keçi, camış, dana bəzən isə  hətta dəvələrdən də qurban kəsilir. Qoyun və keçi qurbanın 1 yaşın üzərində olması tövsiyyə olunur. Dana və camışların yaşının 2 olması uyğun görülmüşdür. Dəvədə isə  5 yaşı daha münasib hesab edilir. “
Ağa Hacıbəyli bildirir ki, bir qoyunu bir insan kəsər. Dana və ya camışı isə 7 nəfərdən artıq olmayaraq insanlar birlşib alıb kəsə bilər. Qurbanlıqlar isə 28, 29 və 30 iyun tarixlərində bayram namazından sonra kəsilməlidir.


“Zilhiccə ayının 10, 11, 12-si, 3 gün müddət ərzində qurban kəsilə bilər. Bayram namazından öncə qurban kəsilməz. Kəsiləcək heyvan üzü qibləyə yönəldilir, incidilmədən, bıçaq gözəl şəkildə itilənməlidir. “Allahu-əkbər” dedikdən sonra qurban kəsilər və kəsildikdən sonra da 3 əsas istiqamətə bölünər. Bir hissəsi kəsənin öz evinə, bir hissəsi qohum-əqrəbaya, bir hissəsi də yoxsul, fəqir, miskin olan insanlara paylanılır.” –deyə Ağa Hacıbəyli qeyd edib.


İlahiyyatçı Qurban bayramında yol verilən bəzi yanlışlıqlara da toxunub. O bildirib ki, ən çox edilən yanlışlardan biri qəssabların qurban adı altında ət kəsib satmalarıdır. Qurban ətinin satılması qətiyyən yol verilməzdir.Ağa Hacıbəyli həmçinin vurğulayıb ki, ailənin neçə üzvü varsa, həmin sayda da qurban kəsilə bilər. Nə qədər çox heyvan kəsilsə, bir o qədər də ehtiyacı olan insanlar sevinər.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu