Prezident Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb
Nərmin Qocamanlı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb.
"Operativ Media" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası, gəlirlər 16 866 540,3 min manat, xərclər 7 988 335,2 min manat və ya Fondun 2022-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 106,8 faiz, xərclər üzrə 68,9 faiz səviyyəsində olmaqla təsdiq edib.
Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1942 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman da imzalayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net