http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

MM sədri çexiyalı deputatlarla görüşüb

22 İyun 2023 , 16:07
MM sədri çexiyalı deputatlarla görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 22-də ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildiriib ki, qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən Milli Məclisin sədri bu səfərin iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin genişlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu söyləyib. Görüşdə parlamentlərimizin dostluq qrupları arasında təmasların, qarşılılqlı səfərlərin əhəmiyyəti ilə bağlı fikirlər səsləndirilib. Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı və mühüm iqtisadi tərəfdaş ölkə olaraq əldə etdiyi nailiyyətləri diqqətə çatdırılıb.

Milli Məclisin sədri Azərbaycanda və regionda mövcud olan vəziyyət barədə qonaqlara geniş məlumat verib. Qeyd olunub ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. Ölkəmiz bu illər ərzində dünyada mövcud olan ikili standartlardan əziyyət çəkib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmayıb. 2020-ci ildə isə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.
Bildirilib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə işğal dövründə dağıdılmış bütün infrastrukturu, şəhərləri, kəndləri yenidən tikir, bərpa edir. Söhbətdə həmçinin işğal dövründə və Üçtərəfli Bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən ərazilərin minalanmasının işğaldan azad olunmuş ərqazilərimizdə bərpa və quruculuq işlərinə yaratdığı maneə və təhlükələr diqqətə çatdırılıb, Azərbaycanın sülh istədiyi, Ermənistanla sülh sazişinin imzalanması təşəbbüsünü irəli sürdüyü, hazırda sülh danışıqlarının davam etdiyi bildirilib.

Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yan Kubik Azərbaycana, o cümlədən, işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri, keçirdiyi görüşlərlə bağlı təəssüratlarını bölüşüb. O, ölkələrimiz haqqında həqiqətlərin, məlumatların ictimaiyyətə doğru çatdırılması, parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsi baxımından bu cür səfərlərin önəmini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

XƏBƏR LENTİ
  • 22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • 22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • 21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • 21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
Menyu