Menyu

ABŞ-də prezidentliyə daha bir namizəd bəlli olub

ABŞ-də prezidentliyə daha bir namizəd bəlli olub

ABŞ Konqresinin keçmiş üzvü Uill Hörd Respublikaçılar Partiyasından 2024-cü ilin payızında keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını açıqlayıb.

Bu barədə "Operativ Media" “Associated Press” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, U.Hörd Konqresdə biznes tərəfdarı və praqmatik siyasətçi, eləcə də ikipartiyalı konsensus axtarmağa hazır olan biri kimi reputasiya qazanıb.

Hazırkı Prezident Cozef Bayden də 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olmaq niyyətini açıqlayıb.  Bayden yenidən seçilərsə, 82 yaşında ABŞ Prezidenti olacaq. İstənilən halda, o, artıq ən yaşlı Amerika lideri olub.

Teqlər:

"ABŞ-də prezidentliyə daha bir namizəd bəlli olub"

Əlaqəli Xəbərlər