http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Bakı ilə Sumqayıt arasında metrobuslar tıxacı aradan qaldıra bilərmi?

23 İyun 2023 , 10:09
Bakı ilə Sumqayıt arasında metrobuslar tıxacı aradan qaldıra bilərmi?

Bakı ilə Sumqayıt arasında metrobusların fəaliyyətə başlaması gözlənilir.

“Operativ Media” xəbər verir ki, Türkiyə istehsalı olan 22 ədəd 21 metrlik elektrik mühərrikli metrobusun istifadəyə verilməsi ilə bağlı layihə var. Məqsəd ölkədə ən böyük sərnişin axınının müşahidə edildiyi iki şəhər arasındakı sıxlığın azaldılması və keyfiyyətli sərnişindaşımanın həyata keçirilməsidir. Layihə aidiyyəti qurumalara da təqdim edilib.

Bəs mövcud şəraitdə Bakı-Sumqayıt yolunda metrobusun fəaliyyəti nə dərəcədə real görünür? Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, layihəni reallaşdırmaq sadədir. Elektrik mühərrikli avtobuslar baha olsa da, onların təşkili xüsusi texniki iş tələb etmir. Lakin bu nəqliyyat növünün də Bakı-Sumqayıt yolundakı sıxlığı aradan qaldıracağı sual altındadır.

“Metrobusun təşkil olunması maddi baxımdan daha asandır. Məsələn, yolun 2 zolağını təcrid edirsən, ora iritutumlu avtobusları buraxırsan, olur metrobus, amma gəlin görək, Bakı-Sumqayıt yolunun 2 zolağını tamam metrobus üçün ayıranda Bakı-Sumqayıt yolunda vəziyyət necə olacaq? Çünki Bakı-Sumqayıt yolu beynəlxalq əhəmiyyətli yoldur, əslində Bakı-Quba-Rusiya sərhəd yolunun bir hissəsidir, üstəgəl də Bakı-Sumqayıt yolunu təkcə Sumqayıta gedib-gələnlər yükləmirlər. Bunların hamısının yükü düşüb ora. onda necə olacaq? O sualın cavabı tapılmalıdır və həmin o metrobus Bakı-Sumqayıt arasındakı axının hansı hissəsini götürəcək?”

Ekspert deyir ki, bu layihə Bakı-Sumqayıt qatarının alternatividir. Digər variantlar da var ki, onların təşkili metrobusa nisbətən daha effektiv ola bilər.

“Qatar niyə o işin öhdəsindən gələ bilmir? Metrobusa hansı yeniliklər, hansı fərqliliklər vermək lazımdır ki, sərnişinlər buna üstünlük versinlər. Buna alternativ olaraq, məsələn, Bakı-Sumqayıt arasında elə həqiqi metro çəkmək olar, yerin üstü ilə metro çəkmək olar və yaxud da yüngülreysli qatarlar işə salmaq olar, tramvay xətti yaratmaq olar, bu da mümkündür. Bu variantların hansının iqtisadi, perspektiv, sərnişin axınını qarşılamaq baxımından faydalılığı, səmərəliliyi ortaya çıxsa, ona üstünlük verilməlidir.”

Ərşad Hüseynov onu da qeyd edib ki, sözügedən yolda tıxacın və sıxlığın qarşısını almaq üçün metronun təşkili ən uyğun seçimdir. Bu, həm də sərnişinlərin dəfələrlə nəqliyyat vasitəsi dəyişməsinin və vaxt itkisinin qarşısını ala bilər.

 

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu