http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Baş Prokurorluqda “Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfrans keçirilib

23 İyun 2023 , 09:49
Baş Prokurorluqda “Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfrans keçirilib

İyunun 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun və İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında “Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfrans keçirilib.

"Operativ Media" xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Baş Prokurorluq, məhkəmə, hüquq-mühafizə orqanları, insan hüquqları üzrə təsisatların yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların, biznes qurumlarının, vətəndaş cəmiyyəti, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak edib.

Konfransı giriş nitqi ilə açan Kamran Əliyev çıxış edərək bildirib ki, ölkəmizdə beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyənləşdirilməsi, Avropa yönümlü inkişaf strategiyasının seçilməsi, ölkədə dayanıqlı ictimai-siyasi sabitliyi birdəfəlik təmin edən digər faktorların da yaradılması, Azərbaycanın bu gün də davam edən inkişafının təməlinin qoyulması cari ildə 100 illik yubileyini qeyd etdiyimiz Xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 22 fevral 1998-ci il tarixdə «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman imzalanmış və ona uyğun olaraq «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı» hazırlanmışdır. «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında» Prezidentin 18 iyun 1998-ci il tarixli fərmanında müvafiq dövlət qurumları üzərinə Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunlaşdırılmasının təmin edilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi vəzifəsi qoyub.

«İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının» həyata keçirilməsi istiqamətində işlər davam etdirilərək ötən illər ərzində Azərbaycan Respublikası İnsan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı beynəlxalq sənədlərə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib.

Ulu Öndərin dövlətçilik siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikada həyata keçirilən müasir məzmunlu və gələcəyə istiqamətlənmiş məqsədyönlü siyasət nəticəsində ölkə həyatının bütün sahələrində yüksək nəticələr əldə edilmiş, müstəqilliyimizin və suverenliyimizin əsasları daha da möhkəmləndirilib. Dünyanı bürümüş maliyyə böhranı şəraitində vətənimizin iqtisadi qüdrəti artıb, yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri yeni müstəviyə qaldırılmış, dünya birliyinə inteqrasiya dönməz xarakter alıb.

Həmçinin qeyd olunub ki, biznesin insan hüquqlarının reallaşdırılmasına təsiri, bu hüquqların pozulmasına görə kommersiya təşkilatlarının məsuliyyəti məsələsi son onilliklərdə Birləşmiş Millətlər Təşkilatının ciddi tədqiqat predmetinə çevrilib.  1999-cu ildə İsveçrənin Davos şəhərində baş tutmuş Beynəlxalq İqtisadi Forumda bütün dünya əhali…

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu