Kriştiano Ronaldo: "Çox yaxından çəkirsən, çoxlu qırışlarım var" - VİDEO
Əziz Əzizli
Portuqaliyalı superulduz Ronaldo ilə operator arasında maraqlı dialoq yaşanıb.
Portuqaliyalı uldu “Əl-Nəsr”də 19 matçda 14 qol vurduqdan və millinin heyətində 200 oyun keçirdikdən sonra belə, karyerasını bitirmək barədə düşünmür.
"Operativ Media" xəbər verir ki, beşqat “Qızıl top” sahibi çəkilişdə operatorla söhbəti zamanı etiraf edir ki, hətta özünün də gəncləşdirici sehiri yoxdur.
Portuqaliyanın İslandiyaya 1:0 hesabı ilə qalib gəldiyi görüşün 89-cu dəqiqəsində Ronaldo qol vuraraq komandasına qələbə qazandırıb.
Portuqaliyalı superulduz matçdan sonra müsahibə sahəsinə gedəndə operatorla maraqlı söhbət yaşanıb.
Bütün zamanların ən böyük oyunçularından biri olan Ronaldo kameranı üzünə yaxınlaşdıran və çox yaxından çəkməyə çalışan operatora “Nə edirsən! Çox yaxından çəkirsən, mənim qırışlarım çoxdur!" deyərək zarafat edib.
Bu gözlənilməz andan sonra operator kamerasını Ronaldonun üzünə yaxınlaşdırmağı dayandırıb və maraqlı bir xatirə yaranıb.