23 İyun 2023, 14:24
Azərbaycan Premyer Liqasında yeni mövsümün topları müəyyənləşib
Azərbaycan Premyer Liqasında yeni mövsümün topları müəyyənləşib şəkil
Azərbaycan Premyer Liqasında yeni mövsümün topları müəyyənləşib

2023/2024 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq topların adları müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, PFL və klublar arasındakı razılaşmaya əsasən qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şırkətinin təsis etdiyi 2022 FIFA Dünya Çempionatının rəsmi topu olan “Al Rihla”dan yararlanacaqlar. Bu top Dünya Çempionatı tarixində ekoloji cəhətdən təmiz – su əsaslı boya və yapışqanla hazırlanmış ilk futbol topudur.

Topun xüsusiyyətləri:

CRT-CORE – topun maksimal forma və havasaxlama, zərbə anında yayınma olmayan özəlliklərinə malik, həmçinin hərəkətlərin cəld və dəqiq olması üçün sürəti, dəqiqliyi və sabitliyi təmin edən özəyidir.

SPEEDSHELL — makro və mikro teksturalar, həmçinin səthin basmanaxışlı (basılmış, sıxılmış) olması sayəsində topun uçuş trayektoriyasının dəqiqliyini, stabilliyini, həmçinin yayınmaları yaxşılaşdıran astar.

1-ci və 2-ci liqalarda çıxış edən klubların istifadəsinə isə başqa toplar təqdim olunacaq. Bu komandaların üzvləri Adidas Tiro Pro-nu “qovacaqlar”. Adidas Tiro Pro futbol topu ən yüksək FIFA reytinqli ənənəvi 32 lövhəli dizayna malikdir. İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.

Son xəbərlər
Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib
Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib
FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb
Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazanıb
XİN: Qırğızıstan ilə Tacikistan arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını  alqışlayırıq
Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb