http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Laçın yolunda niyə beton barikadalar quruldu?

23 İyun 2023 , 20:03
Laçın yolunda niyə beton barikadalar quruldu?

“Laçın yoluna barikadaların qurulması və digər alternativlərin bağlanması terrorçuların təminatını kəsəcək” bunu “Operativ Media” ya açıqlamasında hərbi ekspert Alp Arslan İmamqulu bildirib.

Hərbi ekspert bildirib ki, bu zərurətin yaranmasınının səbəbini axtardıqda baş verənlərin məntiqi ardıcıllığına nəzər yetirmək lazımdır.

“Hadisələrin məntiqi ardıcıllığına baxsaq görərik ki, baş verənlər bir-biri ilə bağlıdır. Azərbaycan 10 noyabr 3 tərəfli bəyənatının müddəalarına uyğun üzərinə düşəni edib. Ermənistan tərəfindən terrorçu qüvvələr isə istər şərti sərhəddə, istərsə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə təxribatı davam etdirdilər. Nəticə etibari ilə buna bir son qoyulmalı idi və qoyuldu. Bu təxribatların qarşısını almaq üçün kiçik antiterror əməliyyatları icra olundu. Nəticədə bir sıra yüksəkliklər azad olundu və Laçın yolu qapadıldı. Bu nə deməkdir? İçəridə qalan terrorçu qüvvələrin silah sursat və təminat yolları kəsilmiş oldu.”

Alp Arslan İmamqulu bundan sonra baş verəcək hadisələrin mümkün senarisini də aydınlıq gətirib.

“Ermənistan yenə təxribata əl atarsa növbəti addım isə şərti sərhədlərinin ötəsində antiterror əməliyyatlarının həyata keçirilməsini labud edəcək. Necəki, bu gün Türkiyə Suriyada, İraqda antiterror əməliyyatları həyata keçirir. Bu qaçınılmazdır.”

Alp Arslan İmamqulu Ermənistanda olan terror təşkilatlarının əhaliyə müraciətinə də aydınlıq gətirib. Hərbi ekspert bildirib ki, bu terror təşkilatlarının əhalini təlimlərə çağırması və cəlb edilməsinə qarşı Azərbaycan tam hazırlıqlıdır.

“Nədir bu hazırlıq? Xüsusi təyinatlı qüvvələrinə yatırımın olması, silah arsenalına olan yatırım, komando bölmələrinin təkmilləşdirilməsi, eyni zamanda havadan döyüş sahəsinin kəşfiyyat hazırlığının tam olaraq nəzarətə götürülməsidir. O ərazilərdə Azərbaycan ərazi bütövlüyünə istənilən təhdidin qarşısının alınması üçün ordumuz bütün imkanlara tam hazırdır.”

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu