Andrea Pirlo İtaliya A Seriyasına qayıdır

Əziz Əzizli
Andrea Pirlo İtaliya A Seriyasına qayıdır

Super Liqada mövsüm bitməmiş “Karagümrük”dən ayrılan Andrea Pirlo İtaliyaya qayıtmaq üçün hazırlıqlara başlayıb.

"Operativ Media"  İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyasının komandalarından olan "Leççe" Andrea Pirlonu komandanın başına gətirməyə hazırlaşır. Xəbərdə "Leççe"nin Texniki Nümayəndə heyətinin rəhbəri Pantaleo Korvinonun Pirlonun meneceri Tullio Tinti ilə görüş keçirdiyi bildirilib.

 Həmçinin bildirilib ki, "Leççe"nin Pirlodan başqa iki namizədi Roberto D'Aversa və Marko Giampaolodur.

 44 yaşlı italyan çalışdırıcı Andrea Pirlo ötən mövsüm "Karagümrük"lə 31 liqa oyununda 9 qələbə, 11 heç-heçə və 11 məğlubiyyətə imza atıb.

 Andrea Pirlo bundan əvvəl A Seriyasının əfsanəvi komandalarından olan "Yuventus"u çalışdırsa da, gözləntiləri doğrultmamışdı.

Digər xəbərlər