24 İyun 2023, 10:30
"Qəbələ"dən daha bir futbolçu ayrıldı

"Qəbələ” ilə müqaviləsi başa çatan İsnik Aliminin yeni klubu müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, o, karyerasını Rumıniya karyerasını “Sepsi”sində davam etdirəcək. Bu haqda klubun saytı məlumat yayıb. Lakin 29 yaşlı oyunçu ilə imzalanan müqaviləni detalları açıqlanmayıb.
Qeyd edək ki, 2021-ci ildən“Qəbələ”də çıxış edirdi. İsnik Alimi ötən mövsüm Premyer Liqada 34 oyun keçirib, 9 qol vurub.