03 Noyabr 2022, 08:49
Ned Prays: “Birləşmiş Ştatlar KXDR tərəfindən qitələrarası ballistik raketin buraxılışını pisləyir”
Ned Prays: “Birləşmiş Ştatlar KXDR tərəfindən qitələrarası ballistik raketin buraxılışını pisləyir” şəkil
Ned Prays: “Birləşmiş Ştatlar KXDR tərəfindən qitələrarası ballistik raketin buraxılışını pisləyir”

Amerika Birləşmiş Ştatları Koreya Xalq Demokratik Respublikasının (KXDR) qitələrarası ballistik raket buraxmasını pisləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda deyilir.

Qeyd olunub ki, bu hadisə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur və qonşu ölkələr və region üçün təhlükə nümayiş etdirir. 

“Birləşmiş Ştatlar KXDR tərəfindən qitələrarası ballistik raketin buraxılışını pisləyir. Bu BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini açıq şəkildə pozur. Kütləvi qırğın silahıdna və ballstik raketdən istifadə KXDR-in qonşularına və beynəlxalq sülh və təhlükəsizliyə təhlükəni nümayiş etdirir. Biz beynəlxalq ictimaiyyətlə birlikdə KXDR-I növbəti təxribatlardan çəkinməyə və davamlı və mənalı dialoqa çağırırıq”,- deyə Prays bildirib.

“Yonhap” xəbər agentliyi Cənubi Koreya hərbçilərinin hesablamalarına istinadən xəbər verib ki, KXDR-in yeni raket buraxılışı uğursuzluqla başa çatıb. 

Koreya Respublikası ordusunun məlumatına görə, təxminən saat 07:40-da (Bakı vaxtı ilə 02:40) Pxenyanın Sunan bölgəsindən Yapon dənizinə doğru uzaqmənzilli ballistik raket buraxılıb. 

Bunun qitələrarası raket olması ehtimalı yüksəkdir. 

Son xəbərlər
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub
Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar yenidən başlayıb
"Araz-Naxçıvan"ın zədəliləri qayıtdı
Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib
“Prezident Kuboku”nda iştirak edəcək ölkələrin adları müəyyənləşdi
Sumqayıtdakı “Diana” ailəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkarlanıb
Sumqayıt Tekstil Fabrikində 19 nəfər zəhərlənib - YENİLƏNİB
Pakistan ayın əvvəlindən 80 mindən çox əfqanı deportasiya edib