"Ola bilsin Priqojin həbs edilsin və ya məhv edilsin. Bu kiçik məsələdi. Priqojin xırda balıqdı. Əsas bu proseslərin arxasında duran böyük güclər maraqlıdır ki, onların aqibəti necə olacaq".
Bunu “Operativ Media” ya açıqlamasında ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, Priqojinin bu addımının altında digər maraqlar var.
“Priqojin Putinin icazəsi olmadan obrazlı desək qayğanaq belə bişirmirdi. Belə bir addım atması qəribədir. Ya Rusiyanın daxili gücləri ona ciddi dəstək verir, ya da xəbər alıb ki, onu aradan götürmək istəyirlər qabaqlayıcı tədbir kimi belə bir addım atıb.”
Natiq Cəfərli hesab edir ki, baş verənlər Rusiyanın elitası üçün yaxşı xəbər deyil. Rusiyanın elitası zamanında hansısa tərəf tutmağı məşq edir.
“Rusiya elitası Putinin dövründə yaxşı yaşayırdı, ona görə də dəstəkləyirdi onu. İndi isə yaxşı qazanmır, xarici sanksiyalar əl qollarını bağlayıb . Baş verən hadisələr Rusiya daxili elitasının ciddi çəkişmələrinin nəticəsidir. Bu hadisələrin haraya qədər gedəcəyi Rusiyadakılarla yanaşı ,dünya da maraqlı izlənilməkdədir. Istənilən halda Rusiyanın daxilində belə bir hadisələrin olması digər ölkələr üçün də bir siqnaldı. Bu böyük bir dövlətin daxili siyasətinin, təbliğatın çökməsidir. “