Menyu

Aİ: Vaqnerin üsyanı Rusiyanın daxili işidir

Nərmin Qocamanlı
Aİ: Vaqnerin üsyanı Rusiyanın daxili işidir

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Vaqner Qrupunun Rusiya rəhbərliyinə qarşı üsyanı ilə başlayan hadisələri yaxından izlədiyini ifadə edərək, bunun Rusiyanın daxili işi olduğunu bildirib.

"Operativ Media" xəbər verir ki, Mişel "Twitter" hesabından verdiyi açıqlamada Aİ-nin Rusiyadakı vəziyyəti yaxından izlədiyini bildirib.

Avropa liderləri və G7 tərəfdaşları ilə təmasda olduğunu bildirən Mişel, "Bu, açıq şəkildə Rusiyanın daxili məsələsidir", - deyə bildirib.

"Bizim Ukraynaya və Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstəyimiz sarsılmazdır", - o, qeyd edib.

Teqlər:

"Aİ: Vaqnerin üsyanı Rusiyanın daxili işidir"

Əlaqəli Xəbərlər