http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib-Video

24 İyun 2023 , 17:03
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib-Video

İyunun 24-də Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda 2023-cü ilin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
"Operativ Media" xəbər verir ki, buraxılış mərasimində Milli Müdafiə Universitetinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi institutun şəxsi heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunaraq qarşısına qızılgüllər qoyulub. Ümummilli Liderin və Vətənimizin müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızım xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, hərbi institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək mərasim iştirakçılarını salamlayıb, gənc zabitləri Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara xalqımıza, dövlətimizə, qalib ordumuza və Ali Baş Komandanımıza layiqli zabit olmağı arzulayıb.
General-leytenant H.Piriyev ordu quruculuğunda aparılan islahatların müsbət nəticələrindən, hərbi qulluqçuların döyüş ruhunun, mənəvi-psixoloji təminatının yüksəldilməsi, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açıb, hərbi institutun məzunlarının 44 günlük Vətən müharibəsində iştirakından danışıb.
Gənc zabitlər də öz növbəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə söz veriblər.
Sonra hərbi təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə diplom və hədiyyələr təqdim olunub.
Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirildikdən sonra yaş kötüyünə simvollar vurulub.
Hərbi orkestrin və kursantların ifasında hərbi institutun marşı ifa edilib, şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu