Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1, 7 və 8 saylı cəzaçəkmə müəssisələrinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirib.
Ombudsman Aparatından "Operativ Media" ya verilən xəbərə görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil edilmiş başçəkmələrdə məqsəd müəssisələrdə saxlanılma şəraitinin və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin edilməsi, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsindən ibarət olub.