Menyu

Ermitaja mina qoyulması xəbəri yalan çıxıb - YENİLƏNİB

Ermitaja mina qoyulması xəbəri yalan çıxıb - YENİLƏNİB

Sankt-Peterburqda Dövlət Ermitaj Muzeyinə gələn ziyarətçilər muzeyin minalanması ilə bağlı məlumat təsdiqini tapmayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermitajın mətbuat xidməti məlumat yayıb.

Yoxlama nəticəsində heç bir şübhəli əşya aşkarlanmayıb.

Muzeyin mühafizəsi Milli Qvardiyanın əməkdaşları ilə birgə sərgi salonlarına və ofis binalarına baxış keçirib, heç bir şübhəli əşya aşkar edilməyib.

21:47

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Ermitaj" muzeyinə gələn ziyarətçilər təxliyə edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə muzeyin mətbuat xidməti məlumat yayıb.

Muzeydən bildirilib ki, təxliyəyə səbəb muzeyin minalanması ilə bağlı məlumatın daxil olmasıdır.

Həmçinin əlavə olunub ki, hazırda Rusiya Milli Qvardiyanın əməkdaşları ərazidə yoxlama aparır.

Teqlər:

"Ermitaja mina qoyulması xəbəri yalan çıxıb - YENİLƏNİB"

Əlaqəli Xəbərlər