"Milan" nigeriyalı hücumçunu istəyir

Əziz Əzizli
"Milan" nigeriyalı hücumçunu istəyir

Transfer çalışmalarında istədiyinə nail ola bilməyən “Milan” daha bir cəhd edəcək. “Rossonyerlər” bu dəfə axtardığını İspaniyada tapıb.

"Operativ Media" xəbər verir ki, İtaliya klubu “Vilyarreal”ın üzvü Samuel Çukvuezeyə elçi düşüb. Milanlıları çəkindirən yeganə məqam oyunçunun Aİ pasportunun olmamasıdır. Bu, səfərlər zamanı və limitlə bağlı məsələlərdə problemə səbəb ola bilər.

24 yaşlı nigeriyalı 2017-ci ildən İspaniyadadır. “Vilyarreal”da yetişən hücumçunu klubu 25-30 milyon avroya satmaq istəyir.

Digər xəbərlər