"Ümraniyespor" Coşqun Diniyevi təqdim etdi
Əziz Əzizli
"Ümraniyespor" "Səbail"in futbolçusu Coşqun Diniyevin transferini açıqlayıb.
"Operativ Media" klubun saytına istinadən xəbər verir ki, millimizin üzvü tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacağı bildirilib.
Qeyd edək ki, "Səbail" iyunun 21-i C.Diniyevi transfer etmişdi. Onun müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə "dənizçilər"dən hər hansı şərt olmadan ayrıla biləcəyi barədə müvafiq bənd yer almışdı.
Xatırladaq ki, "Ümraniyespor" ötən mövsüm Türkiyə Superliqasını tərk edib. Komanda yeni mövsüm 1-ci liqada oynayacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net