http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 11 ° C

Borrell: Ukraynaya dəstəyimiz dayanmadan davam edir

24 İyun 2023 , 23:35
Borrell: Ukraynaya dəstəyimiz dayanmadan davam edir

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell G7 ölkələrinin xarici işlər nazirləri ilə telefon danışığı aparıb.

"Operativ Media" xəbər verir ki,  bu barədə ali nümayəndə “Twitter” səhifəsində yazıb.

“Rusiyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq üçün G7 xarici işlər nazirləri ilə telefon əlaqəsi saxladıq.

Bazar ertəsi AB Xarici Əlaqələr Şurasında baş tutacaq Avropa İttifaqı daxilindəki görüşləri koordinasiya edirəm və böhrana cavab mərkəzini işə salmışam.

Ukraynaya dəstəyimiz kəsilməz olaraq davam edir”, - Borrell qeyd edib.

Bundan başqa, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller təsdiqləyib ki, dövlət katibi Blinken Rusiyadakı vəziyyəti G7 həmkarları və Aİ-nin xarici əlaqələr üzrə rəhbəri Borrell ilə müzakirə edib.

Qeyd edək ki, G7-yə Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ və Kanada daxildir.

Xatırladaq ki, iyunun 23-də "PMC Wagner" ixtisaslaşmış hərbi şirkətinin teleqram kanalında  onlara qarşı hava hücumu edildiyi barədə bəyanatlar yayılıb. Günah Rusiya hərbi rəhbərliyinin üzərinə atılıb. Şirkətin rəhbəri Yevgeni Priqojin “ədaləti bərpa edəcəyinə” söz verib. Rusiya Müdafiə Nazirliyi hücum iddialarını rədd edib, Federal Təhlükəsizlik Xidməti isə Priqojinə qarşı silahlı üsyana təhrik ittihamı ilə cinayət işi açıb.

Priqojin daha sonra Rostovun hərbi obyektlərinə, o cümlədən aerodromuna nəzarəti əlinə alıb. Daha sonra Voronejdəki bütün əsas obyektlərin də "PMC Wagner"in nəzarətinə götürüldüyü barədə məlumatlar yayılmışdı. 

Hazırda  "PMC Wagner"in muzdluları "qan tökülməsinin qarşısını almaq üçün" mövqelərinə çəkilib. Bunu şirkətin rəhbəri Y.Priqojin açıqlayıb.

OXŞAR XƏBƏRLƏR
Kamçatkada zəlzələ olub

Kamçatkada zəlzələ olub

İsrail ordusu Livan ərazisinə daxil olub

İsrail ordusu Livan ərazisinə daxil olub

Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib

Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib

XƏBƏR LENTİ
  • 05:41

    Kamçatkada zəlzələ olub
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
Menyu