RƏSMİ: Priqojinə qarşı cinayət işinə xitam veriləcək

admin
RƏSMİ: Priqojinə qarşı cinayət işinə xitam veriləcək

“Wagner PMC” şirkətinin rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işinə xitam veriləcək və o, Belarusa gedəcək.

"Operativ Media" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidməti bildirib ki, Priqojin Belarus liderinin "Vaqner"in Rusiya ərazisində irəliləməsini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib. İddia edilir ki, "masada şirkətin döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə vəziyyətin həlli üçün sərfəli və məqbul razılaşmalar əldə edilib".

Məhz bundan sonra,  "Vaqner"in rəhbəri bildirib ki, onun kolonyaları yenidən düşərgələrinə qayıdır.

Xatırladaq ki, iyunun 23-də "PMC Wagner" ixtisaslaşmış hərbi şirkətinin teleqram kanalında  onlara qarşı hava hücumu edildiyi barədə bəyanatlar yayılıb. Günah Rusiya hərbi rəhbərliyinin üzərinə atılıb. Şirkətin rəhbəri Yevgeni Priqojin “ədaləti bərpa edəcəyinə” söz verib. Rusiya Müdafiə Nazirliyi hücum iddialarını rədd edib, Federal Təhlükəsizlik Xidməti isə Priqojinə qarşı silahlı üsyana təhrik ittihamı ilə cinayət işi açıb.

Priqojin daha sonra Rostovun hərbi obyektlərinə, o cümlədən aerodromuna nəzarəti əlinə alıb. Daha sonra Voronejdəki bütün əsas obyektlərin də "PMC Wagner"in nəzarətinə götürüldüyü barədə məlumatlar yayılmışdı. 

Hazırda  "PMC Wagner"in muzdluları "qan tökülməsinin qarşısını almaq üçün" mövqelərinə çəkilib. Bunu şirkətin rəhbəri Y.Priqojin açıqlayıb.

Digər xəbərlər