Ana səhifə / İdman / Azərbaycan millisinin üzvü Bolqarıstana gedir Azərbaycan millisinin üzvü Bolqarıstana gedir 25.06.2023, 09:51 Əziz Əzizli "Aleksandriya"dan ayrılan Emil Mustafayev karyerasını Bolqarıstanda davam etdirə bilər. "Operativ Media" xəbər verir ki, Sofiya ÇSKA-sı 21 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır. Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Xəbərdə azad agent olan Emilin "Sabah", "Neftçi" və "Zirə"nin də maraq dairəsində olduğu bildirilir. Mustafayev Azərbaycanın U-21 yığmasının da üzvüdür. Teqlər: "Azərbaycan millisinin üzvü Bolqarıstana gedir"
20.04.2026, 22:41 Belçika XİN: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına ümid edirik