Menyu

Rafael Ağayev növbəti qələbəsini qazandı

Əziz Əzizli
Rafael Ağayev növbəti qələbəsini qazandı
1 dəq oxu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev “Karate Combat” turnirində növbəti döyüşünə çıxıb.

"Operativ Media" xəbər verir ki, o, Florida ştatının Mayami şəhərində keçirilən yarışda ABŞ təmsilçisi Coş Kuayhagenlə qarşılaşıb.

Döyüş Rafael Ağayevin qələbəsiylə başa çatıb.

Əlaqəli Xəbərlər