"Sabah" Mərakeş millisinin üzvünü gətirir

Əziz Əzizli
"Sabah" Mərakeş millisinin üzvünü gətirir

"Sabah” klubu Mərakeş millisinin futbolçusu Sofian Şaklanı transfer etməyə yaxındır.

"Operativ Media" xəbər verir ki, “Sabah”ın 30 yaşlı mərkəz müdafiəçisinin formasını geyindiyi İspaniyanın “Ponferradina” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

Futbolçunun yaxın günlərdə müqavilə bağlamaq üçün Bakıya gələcəyi gözlənilir.

Şakla karyerası ərzində İspaniyanın “Malaqa”, “Almeriya” və “Xetafe” kimi klublarında da forma geyinib.

Digər xəbərlər