Menyu

Çin: "Rusiyanın sabitliyini dəstəkləyirik"

Çin: "Rusiyanın sabitliyini dəstəkləyirik"

"Pekin Rusiyada sabitliyin qorunmasını dəstəkləyir".

"Operativ Media" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin Rusiyadakı "Vaqner" hərbi şirkətinin üsyanı ilə bağlı verdiyi açıqlamada bildirilib.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada, "Vaqner"in Rusiya prezidenti Vladimir Putinə qarşı üsyanının “Rusiyanın daxili işi” olduğu ifadə edilib: “Çin yeni dövrdə dost, qonşu və hərtərəfli strateji tərəfdaş olaraq Rusiyanın öz milli sabitliyini qoruyub saxlamasını və inkişaf sahəsində gələcək tərəqqisini dəstəkləyir”.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu gün Çinin paytaxtı Pekində Çinin xarici işlər naziri Qin Gang ilə görüşüb.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Çinin ölkədə sabitliyi dəstəkləmək və ölkənin rifahını inkişaf etdirmək üçün Rusiyanı dəstəklədiyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin görüşlə bağlı bəyanatında bildirilib ki, görüş zamanı Çin-Rusiya münasibətləri, hər iki tərəfi maraqlandıran beynəlxalq və regional məsələlər müzakirə edilib.

Teqlər:

"Çin: \"Rusiyanın sabitliyini dəstəkləyirik\""

Əlaqəli Xəbərlər