Menyu

Ərdoğan və Stoltenberq arasında kritik telefon danışığı olub

Ərdoğan və Stoltenberq arasında kritik telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Stoltenberqlə telefonla danışıb. Görüş zamanı Rusiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı son hadisələr müzakirə olunub.

"Operativ Media" xəbər verir ki, Türkiyə Prezidentinin Mətbuat Xidmətindən verilən açıqlamaya görə, görüşdə Rusiyada baş verən son hadisələr müzakirə olunub.

Görüşdə qeyd edilib ki, Rusiyadakı gərginliyin sona çatması Ukraynada geri dönməz humanitar fəlakətlərin qarşısının alınmasında mühüm rol oynayıb. 

NATO-nun baş katibi Stoltenberq Rusiyada baş verənlərin Ukraynada ədalətli sülh yolunda yeni mərhələ olmasını arzuladığını bildirib.

İsveçin NATO üzvlüyünün də müzakirə olunduğu toplantıda Türkiyənin İsveçin üzvlüyünə konstruktiv münasibətinin davam etdiyi, lakin bu ölkədə PKK/PYD/YPG tərəfdarlarının sərbəst hərəkət etdiyi, qanunvericilik dəyişikliklərinin heç bir mənası olmadığı bildirilib.

Görüşdə F-35 kontekstində yaşanan ədalətsizliklərin, F-16 tələbində Türkiyəni İsveçin üzvlüyündən asılı vəziyyətə salmaq cəhdlərinin əslində Türkiyənin deyil, NATO və NATO-nun təhlükəsizliyinə zərər verdiyi vurğulanıb.

NATO-nun baş katibi Stoltenberq prezident Ərdoğanla telefon danışığını sosial şəbəkədə paylaşıb.

“Biz İsveçin NATO-ya daxil olması ilə bağlı birgə işi davam etdirəcəyik”, - Stoltenberq bildirib.

Teqlər:

"Ərdoğan Stoltenberq arasında kritik telefon danışığı olub"

Əlaqəli Xəbərlər