Menyu

KİV: NATO nümayəndələri son hadisələrlə bağlı Şoyqu ilə əlaqə saxlayıblar

KİV: NATO nümayəndələri son hadisələrlə bağlı Şoyqu ilə əlaqə saxlayıblar

NATO nümayəndələri 24 iyun 2023-cü ildə Yevgeni Priqojin və "Vaqner"in üsyanı ilə bağlı baş vermiş insidentdən narahat olduqları bildirib. Onlar Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə əlaqə saxlayıblar. 

"Operativ Media" xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Şimali Atlantika Alyansı ilə Rusiya Müdafiə Nazirliyi arasında qeyri-rəsmi təmaslar olub. 

“La Repubblica” həmçinin yazır ki, danışıqlarda “İtaliyanın baş naziri Giorgia Meloni istisna olmaqla” Qərbin demək olar ki, bütün aparıcı siyasətçiləri iştirak edib.

NATO 1400 nüvə başlığının Priqojin və onun döyüşçülərinin əlinə keçə biləcəyi ehtimalından narahatdır. 

“Komsomolskaya Pravda” isə xəbər verib ki, Şoyqu ilə danışıqlar zamanı alyansın nümayəndələri də ayrı-ayrılıqda üsyançıların hərəkətləri ilə heç bir əlaqələrinin olmadığını bildiriblər.

Teqlər:

"KİV: NATO nümayəndələri son hadisələrlə bağlı Şoyqu ilə əlaqə saxlayıblar"

Əlaqəli Xəbərlər