Menyu

Türkiyədə qəza nəticəsində 3 nəfər yanaraq ölüb - FOTO

Türkiyədə qəza nəticəsində 3 nəfər yanaraq ölüb - FOTO

Türkiyənin Amasya şəhərinin Gümüşhacıköy səmtində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər yanaraq ölüb, 1 nəfər yaralanıb.

"Operaativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza yerinə jandarma, polis, xilasetmə və təcili yardım qrupları sövq edilib.

Gümüşhacıköy xilasetmə qruplarının müdaxiləsi ilə söndürülən avtomobil yararsız hala düşüb.

Təcili yardım qrupları sürücü Zəfər, həyat yoldaşı Elif və anası Sultan Oktayın avtomobildə yanaraq öldüyünü təyin edib. Qəzada yaralanan digər avtomobilin sürücüsü isə təcili yardımla Gümüşhacıköy Dövlət Xəstəxanasına aparılıb.

Hazırda qəza ilə bağlı araşdırma aparılır. 

Teqlər:

"Türkiyədə qəza nəticəsində 3 nəfər yanaraq ölüb - FOTO"

Fotogalereya

Əlaqəli Xəbərlər