BMT-nin baş katibi Quterreş Rusiyada baş verənləri narahatlıqla izləyir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Rusiyada Yevgeni Priqojinin rəhbərlik etdiyi "Vaqner" hərbi şirkətinin Rusiyada hakimiyyətə qarşı üsyanını narahatlıqla izləyir.
"Operativ Media" xəbər verir ki, bunu BMT sözçünün müavini Farhan Haq mövzu ilə bağlı Anadolu agentliyinin müxbirinə yazılı açıqlamasında qeyd edib.
Quterreşin gərginliyin azaldılması üçün atılan son addımlardan xəbərdar olduğunu bildirən Haq, “Quterreş gərginliyin daha da artmaması üçün bütün tərəfləri məsuliyyətli davranmağa çağırır”, - deyə bildirib.
“Baş katib Rusiyadakı hadisələri narahatlıqla izləyir”, - deyə Haq əlavə edib.
Teqlər:
"BMT-nin baş katibi Quterreş Rusiyada baş verənləri narahatlıqla izləyir"