http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

NATO qərargahında Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edilib

26 İyun 2023 , 13:24
NATO qərargahında Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edilib

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi tərəfindən Alyansın Brüssel şəhərində yerləşən mənzil-qərargahında rəsmi qəbul və foto-sərgi təşkil olunub.

Nümayəndəlikdən "Operativ Media" ya  verilən məlumata görə, tədbirdə NATO Baş katibinin köməkçiləri, NATO-nun üzv və tərəfdaş ölkələrinin Alyans yanındakı səfirləri, hərbi nümayəndələri, diplomatik korpusun üzvləri, NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının üzvləri, Alyansın Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahının (SHAPE), eləcə də NATO-nun Dəstək və Təchizat Agentliyinin yüksək vəzifəli rəsmiləri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və Silahlı Qüvvələrin Alyansın Hərbi Komitəsi yanında hərbi nümayəndəsi polkovnik Ağaverdi Quliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişaf yolu, həmçinin NATO ilə tərəfdaşlıq münasibətlərindən danışıb. Çıxışlar əsnasında Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğunda və Alyansla əməkdaşlığın inkişaf etdirilməsindəki tarixi xidmətləri barədə qonaqlara məlumat verilib. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu fəaliyyətlərin uğurla davam etdirilməsi sayəsində Azərbaycanın regiondakı ən güclü ordulardan birinə malik olduğu, 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan ordusunun zəfər qazanmasının və ərazi bütövlüyümüzü bərpa etməsinin bunun ən bariz göstəricisi olduğu diqqətə çatdırılıb. Nümayəndəliyin başçısı çıxışında, həmçinin ölkəmizin Alyansla çoxşaxəli tərəfdaşlığı, son olaraq Əfqanıstandakı əməliyyat da daxil olmaqla NATO-nun iştirak etdiyi sülhməramlı əməliyyatlar çərçivəsində fəaliyyətləri və Avropanın enerji təhlükəsizliyinə töhfələri məsələsinə vurğu edib.

NATO tərəfindən əsas natiq qismində Alyansın ali hərbi strukturu, Hərbi Komitənin sədr müavini general-leytenant Lans Landrum çıxış edib. NATO rəsmisi Azərbaycanın Alyansın etibarlı və uzun illərdən bəri əməkdaşlıq etdiyi tərəfdaş ölkə olduğunu bildirib. O, ölkəmizin həm siyasi dialoq, həm hərbi-praktiki tərəfdaşlıq və hərbi uyarlılığın gücləndirilməsi çərçivəsində NATO ilə münasibətlər baxımından öncül yerdə olduğunu qeyd edib. General-leytenant Landrum müttəfiq dövlətlərin Azərbaycanın Alyansın sülhməramlı əməliyyatlarına, ələlxüsus Əfqanıstanda Kabil Beynəlxalq Hava limanından kritik təxliyə fəaliyyətlərinə dəstəyini və töhfələrini yüksək qiymətləndirdiyini ifadə edib. Onun çıxışında Azərbaycanla NATO arasında bir sıra istiqamətlərdə, o cümlədən enerji təhlükəsizliyi üzrə dialoq məsələsində əməkdaşlıq imkanlarına diqqət çəkilib.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu