http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Zakir Həsənov: “Təxribatlar Ermənistan silahlı qüvvələri üçün həmişə çox pis başa çatıb”

26 İyun 2023 , 14:29
Zakir Həsənov: “Təxribatlar Ermənistan silahlı qüvvələri üçün həmişə çox pis başa çatıb”

“Təxribatlar Ermənistan silahlı qüvvələri üçün həmişə çox pis başa çatıb”.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov CBC telekanalına müsahibəsində deyib.

O vurğulayıb ki, Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan Ordusuna qarşı heç bir şansı yoxdur və onların yeganə imkanları xırda təxribatlardır:

“Biz Azərbaycanın Qarabağ iqtisadi zonası ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin imkanlarını yüksək qiymətləndirmirik. Biz onların sayını, silahlarını, mənəvi-psixoloji durumlarının, nəyə qadir olduqlarını bilirik. Sizi əmin edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, onların Azərbaycan Ordusuna qarşı hansısa tədbir görmək şansları qətiyyən yoxdur. Hansısa kiçik təxribatlar ola bilər. Amma təxribatlar da onlar üçün həmişə çox pis başa çatır”.

Müdafiə naziri xatırladıb ki, 2020-ci il müharibəsindən sonra Azərbaycan Ordusu Ermənistanla şərti sərhəddə təxminən 6 iri əməliyyat keçirib, nəticədə Ermənistan ordusu həm canlı qüvvə, həm də texnika baxımından böyük itki verib və Azərbaycan strateji yüksəklikləri ələ keçirib.

General-polkovnik qeyd edib ki, belə strateji üstünlüyə malik olan Azərbaycan orada güclü atəş sistemi və güclü mühəndis strukturları yaradıb və bu da əməliyyat üstünlüklərinə malik olmağa imkan verir.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu