Rusiya aviabazasına raket hücumu olub
Rusiyanın Suriyadakı Hmeymim aviabazasının şimal-qərbindəki infrastruktur obyektlərinə raket zərbələri endirilib.
"Operativ Media" xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyadakı Müxalifət Partiyalarının Barışıq Mərkəzinin (Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan bölmə) rəis müavini Oleq Qurinov bildirib.
"Hərbilər Qardaha qəsəbəsində (Hmeymim aviabazasından on kilometr şimal-qərbdə) infrastruktur obyektlərinə hücum etməyə cəhd ediblər. Çoxsaylı reaktiv raket sistemindən raketlər atılıb. Heç kim xəsarət almayıb, dağıntı yoxdur", - Oleq Qurinov qeyd edib.
Qurinov Rusiya Barışıq Mərkəzini “qeyri-qanuni silahlı birləşmələr"in komandirlərinə qarşı təxribatlara getməməyə və nəzarət etdikləri ərazilərdə vəziyyəti sülh yolu ilə həll etmək yolunu tutmağa çağırıb.
Qurinov bildirib ki, ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası Suriyada “münaqişəsiz protokolları və uçuş təhlükəsizliyinə dair ikitərəfli razılaşmanı sistematik, məqsədli və açıq şəkildə pozmağa davam edir”.