Menyu

Bəşər Əsəd Ukrayna məsələsində Rusiyaya dəstəyini açıqlayıb

Bəşər Əsəd Ukrayna məsələsində Rusiyaya dəstəyini açıqlayıb

Suriya prezidenti Bəşər Əsəd Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin ilə görüşündə Dəməşqin Ukraynadakı vəziyyətlə bağlı Moskvanın mövqeyini dəstəklədiyini bildirib. Bundan əlavə, Suriya prezidenti bəyan edib ki, ölkəsi Ukrayna böhranı ilə bağlı Qərbin Moskvaya qarşı “düşmənçilik” hərəkətlərinə qarşıdır.

"Operativ Media" xarici mətbuata istinadən xəbər verir ki, Suriyadakı vəziyyətə diqqət çəkən Əsəd Qərbin Suriya hökumətinin bütün təhlükəsizlik və sabitliyi bərpa etmək səylərini pozmağa çalışdığına, ancaq uğursuz olduğuna işarə edib. 

Məlumata görə, tərəflər Suriya ilə Rusiya arasındakı münasibətləri və xüsusilə son hadisələr fonunda aralarındakı koordinasiyanı, həmçinin terrorizmlə mübarizəni və iki ölkənin suriyalı qaçqınların vətənlərinə qaytarılması üçün birgə işləməsini müzakirə ediblər.

Verşinin Moskvanın Suriya dövlətinin suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək səylərini dəstəkləməyə davam edəcəyini qeyd edib.

Teqlər:

"Bəşər Əsəd Ukrayna məsələsində Rusiyaya dəstəyini açıqlayıb"

Əlaqəli Xəbərlər