Menyu

Rusiya və Çin rəsmiləri Koreya yarımadasını müzakirə ediblər

Rusiya və Çin rəsmiləri Koreya yarımadasını müzakirə ediblər

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Çin hökumətinin xüsusi nümayəndəsi Li Şiaminq ilə Koreya yarımadasında davam edən gərgin vəziyyəti müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Tərəflər ABŞ və onun müttəfiqlərinin son illər hərbi fəaliyyətini artırması, habelə birgə nüvə planlaşdırmasının həyata keçirilməsi səbəbindən Koreya yarımadasında yaranan vəziyyəti orada davam edən gərginlik fonunda ətraflı müzakirə ediblər”, - nazirlikdən bildiriblər.

Vurğulanıb ki, bu cür ambisiyalar eskalasiya və silahlanma yarışına səbəb olur, Şimal-Şərqi Asiya regionunda sülh və strateji sabitliyə xələl gətirir. 

"Rusiya və Çin dövlətlərin qanuni təhlükəsizlik narahatlıqlarına əsaslanaraq, regionda nüvə və digər problemlərin siyasi və diplomatik həlli prosesini gücləndirmək üçün müvafiq birgə təşəbbüsləri təşviq etmək istiqamətində birgə səyləri davam etdirəcəklər", - XİN əlavə edib.

Teqlər:

"Rusiya Çin rəsmiləri Koreya yarımadasını müzakirə ediblər"

Əlaqəli Xəbərlər