Rusiya BMT TŞ-nin “Şimal axını” missiyası ilə bağlı iclasını tələb edib
Rusiya BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinə qarşı törədilmiş təxribat aktlarını müzakirə etmək üçün iyunun 27-də toplanmasını istəyib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın BMT yanında daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski teleqram kanalında bildirib.
"Müzakirə iyunun 27-də bağlı qapılar arxasında baş tutacaq; biz bu münasibətlə jurnalistlərlə ünsiyyəti istisna etmirik", - diplomat bildirib.
"Həmkarlarımızın diqqətini ona yönəldək ki, nə Danimarka, nə Almaniya, nə də İsveç rəsmiləri BMT Təhlükəsizlik Şurasına istintaqın gedişi ilə bağlı yeniliklər təqdim edir, halbuki təxribat yerinə turist səfərləri başlayıb. Bizi boş təminatlar qane etmir. Araşdırmalar aparılır”, - Polyanski əlavə edib.
Teqlər:
"Rusiya BMT TŞ-nin “Şimal axını” missiyası ilə bağlı iclasını tələb edib"