Menyu

Almaniya Litvaya 4 minə yaxın daimi əsgər göndərmək istəyir

Almaniya Litvaya 4 minə yaxın daimi əsgər göndərmək istəyir

"Almaniya Litvada daimi olaraq möhkəm briqada yerləşdirməyə hazırdır. Bununla belə, lazımi infrastruktur və təlim imkanlarının yaradılması lazımdır".

"Operativ Media" xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Litvada verdiyi açıqlamada deyib.

O, briqadanın təxminən 4000 əsgərdən ibarət olacağını qeyd edib. Pistorius, daimi yerləşdirmənin NATO-nun hazırda üzərində işlənən regional və əməliyyat planlarına uyğun olmasının mərkəzi əhəmiyyət daşıdığını vurğulayıb.

“Biz hər zaman fövqəladə hallarda yanımızda olacaq, azadlığımız və təhlükəsizliyimiz üçün bizimlə döyüşəcək NATO tərəfdaşlarımıza arxalana bilən tərəf olmuşuq", - alman nazir qeyd edib.

O, Polşa və Baltikyanı ölkələrin xüsusilə həssas olduğuna diqqət çəkib: "NATO üzvü və Avropanın ən böyük iqtisadiyyatı olaraq, şərq cinahın müdafiəsi üçün ayağa qalxmaq məsuliyyətini və öhdəliyimizi qəbul edirik".

Qeyd edək ki, Almaniya ordusu 2017-ci ildən bəri Rusiya və Belarusla həmsərhəd olan Litvada 800-ə yaxın əsgər yerləşdirib.

2022-ci ilin iyununda Almaniya hökuməti Rusiyanın Ukraynaya hücumuna cavab olaraq Litvanı müdafiə etmək üçün tam döyüş briqadasının hazır olacağına söz vermişdi.

Teqlər:

"Almaniya Litvaya 4 minə yaxın daimi əsgər göndərmək istəyir"

Əlaqəli Xəbərlər