http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Putin xalqa müraciət edib: "Vaqner"çilərə verdiyim söz yerinə yetiriləcək

26 İyun 2023 , 23:43
Putin xalqa müraciət edib: "Vaqner"çilərə verdiyim söz yerinə yetiriləcək

"Mən düzgün qərar qəbul edən əsgər və "Vaqner" komandirlərinə təşəkkür edirəm. Onlar qardaş qanı tökmədilər, son anda dayandılar. Bu gün sizin Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq Rusiyaya xidmətinizi davam etdirmək imkanınız var. Yaxud digər hüquq-mühafizə orqanlarına daxil olmaq, eləcə də öz qohumlarının və dostlarının yanına qayıda bilərsiniz. Kim istəyir Belarusa gedə bilər. Mənim verdiyim söz yerinə yetiriləcək. Bir daha deyirəm, seçim hər birinizin öz ixtiyarındadır, amma əminəm ki, bu öz faciəvi səhvini başa düşən rus əsgərlərinin seçimi olsun”.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya xalqına müraciətində deyib. 

O, qeyd edib ki, "Vaqner"in döyüşçüləri və komandirlərinin böyük əksəriyyəti öz xalqına və dövlətinə sadiq rus vətənpərvərləridir.

“Ona görə də hadisələrin əvvəlindən mənim birbaşa göstərişimlə qan tökülməməsi üçün addımlar atıldı”, - Putin vurğulayıb.

Putin qeyd edib ki, üsyan təşkilatçıları ölkəyə, həm də yanlarında olanlara xəyanət ediblər: "Üsyançılar əsgərlərin bir-birini öldürməsini istəyirdi, necə ki, Kiyev də bu nəticəni arzulayırdı".

"Silahlı üsyan istənilən halda yatırılardı", - Rusiya dövlət başçısı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
Menyu