Bolqaristan hökuməti parlamentin 9 dekabr 2022-cü il tarixli qərarına əsasən, Ukraynaya silah tədarük edəcəyini ikinci dəfə elan edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Hökumətin Mətbuat Mərkəzindən bildirilib.
Məlumata görə, dəstək 23 iyunda qəbul olunan qərara əsasən reallaşdırılacaq və Ukraynaya silah verilməsi Bolqarıstanın müdafiə gücünə və potensialına mənfi təsir göstərməyəcək.
Ukraynaya veriləcək silahların sayı barədə məlumat verməyən hökumət, ikinci dəstəyin 22 dekabr 2022-ci il tarixində edilən ilk dəstək paketinə bənzəyəcəyini bildirib.
Müxalifətdə olan Rusiyayönlü Bolqarıstan Sosialist Partiyası (BSP) və populist irqçi “Vızrajdane” (Yenidən Doğuş) partiyası parlamentin 9 dekabr 2022-ci il tarixli qərarına qədər bu istiqamətdə atılan addımları, yəni Ukraynaya silah göndərilməsini əngəlləyirdi.