http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 11 ° C

Putin Qazaxıstana səfər edəcək

27 İyun 2023 , 11:44
Putin Qazaxıstana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin payızda Qazaxıstana səfər edəcək.

"Operativ Media" Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev deyib.

Qazaxıstan Prezidenti Rusiya lideri ilə son telefon danışığının təfərrüatlarını açıqlaraq deyib ki, ölkəsinin əhalisi haqlı olaraq qonşu ölkədə baş verən iğtişaş cəhdini böyük narahatlıqla qarşılayıb: “Bu, başa düşüləndir, çünki Qazaxıstanla Rusiya arasında dünyanın ən uzun dövlət sərhədi var, biz vahid iqtisadi məkandayıq, bizi minlərlə humanitar əlaqələr və təmaslar birləşdirir. Rusiya Prezidenti ilə telefon danışığı zamanı onun konstitusiya quruluşunun və qanunvericiliyin qorunmasına və möhkəmləndirilməsinə yönəlmiş hərəkətlərini tam dəstəklədiyimi bəyan etdim”, - deyə Tokayev vurğulayıb.

Qazaxıstan Prezidenti əlavə edib ki, onlar bu ilin payızında Rusiya Prezidentinin Qazaxıstana gözlənilən səfərini də müzakirə ediblər: “Bu gün fürsətdən istifadə edərək, uzunmüddətli və davamlı strateji tərəfdaşlıq formatında Rusiya ilə çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı Qazaxıstanın prinsipial mövqeyini bir daha təsdiq edirəm. Əminəm ki, bu mövqe xalqımızın maraqlarına tam cavab verir”.

OXŞAR XƏBƏRLƏR
Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib

Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib

ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir

ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

XƏBƏR LENTİ
  • 00:02

    Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib
  • Dünən
    23:33

    ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
  • Dünən
    23:10

    Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq
  • Dünən
    22:24

    Kolumbiyada helikopter qəzaya uğrayıb
  • Dünən
    21:50

    İsrail husilərin neft anbarlarına zərbələr endirib
  • Dünən
    21:10

    Sumqayıtda yataqxanada partlayış baş verib - YENİLƏNİB
    Sumqayıtda  yataqxanada partlayış baş verib - YENİLƏNİB
  • Dünən
    21:00

    Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi
  • Dünən
    20:05

    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
Menyu