Vatikan: Papanın sülh elçisi iyunun 28-29-da Rusiyaya səfər edəcək
Papanın sülh elçisi kardinal Matteo Zuppi iyunun 28-29-da Moskvaya səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
“İtaliya Yepiskoplar Konfransının prezidenti və Bolonya arxiyepiskopu kardinal Matteo Zuppi Roma Papası Fransiskin elçisi kimi iyunun 28-29-da Moskvaya səfər edəcək”, - deyə məlumatda bildirilir.
Bildirilib ki, səfərin əsas məqsədi ədalətli sülhə nail olmaq üçün mövcud vəziyyətdən çıxış yolu axtarışlarına töhfə verməkdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net