Macarıstanın baş naziri: "Putin hərbi cinayətkar deyil"
Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putini hərbi cinayətkar hesab etmədiyini bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə macar lider açıqlama verib.
Orban Almaniyanın Bild qəzetinə müsahibəsində ICCt-nin Rusiya liderinin həbsinə order vermək qərarını şərh edərkən bildirib ki, o Putini hərbi cinayətkar saymır.
"Müharibədən sonra hərbi cinayətlərdən danışa bilərik. Əgər biz barışıq və danışıqlar istəyiriksə, münaqişə tərəflərini danışıqlar masasına oturmağa inandırmalıyıq", - baş nazir bildirib.
“Onlara danışıqlar masasına əyləşib, “Masaya gəlin, mən sizi həbs edəcəm”, - demək pis fikirdir. Danışıqlar üçün bizə nümayəndə heyətlərinin rəhbərləri lazımdır. İştirak edən ölkələrin liderləri olmasa, onları kim keçirəcək?”, - Orban qeyd edib.
Qeyd edək ki, Martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi (ICCt) Rusiya prezidenti Vladimir Putin və uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verib. Kremlin sözçüsü Dmitri Peskov qərarı şərh edərkən Moskvanın ICCt-in yurisdiksiyasını tanımadığını bildirib.