Almaniyanın Ukraynaya silah yardımı ilə bu ilin yanvar-iyun dövründə silah və hərbi texnika satışı təxminən 4,62 milyard avroya çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Alman Xəbər Agentliyi (DPA) məlumat yayıb.
Məlumata görə, Sol Partiyanın sual təklifinə cavab verən Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi hökumətin bu ilin birinci yarısı (19 iyuna qədər) 4,62 milyard avro dəyərində silah və hərbi texnika satışına icazə verdiyini açıqlayıb.
Belə ki, ölkənin silah ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb.
Bundan əlavə, qeyd olunub ki, Almaniyanın bu il ən çox silah və hərbi texnika ixracına lisenziya verdiyi ölkə ötən il olduğu kimi Rusiya ilə müharibə vəziyyətində olan Ukraynadır.
Berlin Kiyevə 1,18 milyard avro dəyərində silah və texnikanın satışını təsdiqləyib.
Bu arada, son 1,5 ildə Almaniyadan Kiyevə silah satışının cəmi 3,42 milyard avroya çatıb.