Menyu

Rusiya Kramatorsku vurub: 9 nəfər ölüb

Rusiya Kramatorsku vurub: 9 nəfər ölüb

Rusiya Ukraynanın Kramatorsk şəhərinə hava zərbəsi endirib.

"Operativ Media" xəbər verir ki, Hava hücumundan sonra Ukrayna hakimiyyəti mülki yaşayış məntəqələrinin hədəf alındığını və vurulan pizza restoranında 3-ü uşaq olmaqla 9 nəfərin həlak olduğunu açıqlayıb. 

Açıqlamada yaralıların sayının 56-ya çatdığı, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya mülki hədəflərə deyil, yalnız hərbi hədəflərə hücum edib.

"Hücumlar yalnız hərbi infrastrukturla əlaqəli yaşayış məntəqələrinə qarşı həyata keçirilib. Rusiya Federasiyası mülki infrastruktura hücumlar həyata keçirmir", - Peskov bildirib.

Teqlər:

"Rusiya Kramatorsku vurub: 9 nəfər ölüb"

Əlaqəli Xəbərlər