Menyu

Europol-dan 'EncroChat' əməliyyatı: 6000-dən çox insan saxlanılıb

Europol-dan 'EncroChat' əməliyyatı: 6000-dən çox insan saxlanılıb

Avropa İttifaqı Polis Təşkilatı (Europol) “EncroChat” şifrəli kommunikasiya şəbəkəsindən istifadə edərək dünya üzrə fəaliyyət göstərən cinayətkar təşkilatlara qarşı aparılan əməliyyatlarda 6 min 558 nəfərin saxlanıldığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Europol tərəfindən açıqlama verilib. 

Açıqlamada "EncroChat" istifadə etdiyi aşkarlanan cinayət təşkilatlarına qarşı bütün dünyada paralel şəkildə aparılan əməliyyatlarda 197-si prioritet olaraq axtarışda olan, ümumi 6558 nəfərin saxlanıldığı qeyd edilib.

60 min üzvü olan “EncroChat”da cinayət təşkilatlarına aid 115 milyon söhbətin araşdırıldığı, silah və narkotik ticarəti, qətl və çirkli pulların yuyulması cinayətləri ilə bağlı əməliyyatlarda “EncroChat”ın istifadə edildiyi müəyyən edilib. 

Əməliyyatlar çərçivəsində narkotik istehsalında istifadə edilən 300 tondan çox material və 923 silah-sursat ələ keçirilib.

Teqlər:

"Europol-dan 'EncroChat' əməliyyatı: 6000-dən çox insan saxlanılıb"

Əlaqəli Xəbərlər