Talış kəndində 30 il sonra ilk dəfə Qurban bayramı keçirilib
İşğaldan azad olunmuş Talış kəndində 30 il sonra ilk dəfə Qurban bayramı keçirilib.
"Operativ Media" xəbər verir ki, bununla bağlı Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tvitter hesabında paylaşım edib.
“İşğaldan azad olunmuş Talış kəndində 30 ildən sonra ilk dəfə Qurban bayramı keçirilib. Bayram münasibətilə qurbanlar kəsilmiş, əhaliyə paylanmışdır”, - E.Hüseynov yazıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net