İyulun 6-da Türkiyə-İsveç görüşü keçiriləcək
İyulun 6-da Brüsseldə Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirlərinin iştirakı ilə İsveçin NATO-ya üzvlüyü ilə bağlı yüksək səviyyəli toplantının keçiriləcəyi bildirilib.
"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında Estoniyanın baş naziri Kaja Kallas ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Finlandiyanın ilk dəfə üzv olaraq NATO zirvəsinə qatılacağını xatırladan Stoltenberq, 11-12 iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitinə qədər İsveçin üzvlük prosesini tamamlamaq üçün çalışdıqlarını qeyd edib.
Stoltenberq əlavə edib: "Dünən prezident Ərdoğanla danışdım. Mən Finlandiya və İsveç hökumətləri ilə də sıx əlaqə saxlayıram. Biz sammitdən əvvəl Brüsseldə yüksək səviyyəli görüş keçirmək barədə razılığa gəldik. Bu görüşə xarici işlər nazirləri, kəşfiyyat xidmətlərinin rəhbərləri və milli təhlükəsizlik müşavirləri daxil olacaq. Məqsəd İsveçin NATO-ya üzvlüyünün başa çatması istiqamətində irəliləyiş əldə etməkdir".