Menyu

Burkina Fasoda terror nəticəsində 34 nəfər ölüb

Burkina Fasoda terror nəticəsində 34 nəfər ölüb
1 dəq oxu

Burkina Fasonun şimalında törədilən terror aktında 34 nəfərin öldüyü açıqlanıb. 

"Operativ Media" xarici mətbuata istinadən xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, naməlum silahlı şəxslər Sentr-Nord bölgəsində yerləşən hərbi hissəyə hücum ediblər.

Hadisədə 31 əsgər və 3 könüllü milis həyatını itirib, 40 terrorçu zərərsizləşdirilib.

2015-ci ildə Burkina Fasoda baş verən təhlükəsizlik böhranı nəticəsində 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumətin məlumatına görə, bu insanların yalnız 120 000-i evlərinə qayıda bilib.

Əlaqəli Xəbərlər